31 dekabr 2023 15:26
396

Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib.

“İki sahil” xəbər verir ki, təbrikdə qeyd edilib: "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətdə uğurlar arzulayıram."