Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 277,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“İki sahil”in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
Bu, 2022-ci ilin 11 ayının göstəricisi ilə müqayisədə 103,7 milyon ABŞ dolları və yaxud 59,5 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.