26 dekabr 2023 11:00
716

Milli Məclisdə İrəvanda dağıdılmış Azərbaycan abidələri nümayiş etdirilib

Milli Məclisdə “Qərbi Azərbaycan: Xəritələr, eksponotlar, abidələr, deportasiya” adlı sərgi keçirilib.

“İki sahil” xəbər verir ki, sərgi Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutub və 30-dan çox eksponat nümayiş etdirilib.

Sərgidə deputatlar və icma üzvləri iştirak edib.

Sərgidə Qafqaz regionunun Baş xəritəsi (1858-ci il), Qafqaz regionunun ətraflı xəritəsi (1869-cu ), İrəvan Qalasının xəritəsi və açarlar, İrəvan xanlığının bayrağı, İrəvan xalçası, İrəvanda dağıdılmış Azərbaycan abidələri, İrəvan Xan sarayının görüntüsü nümayiş etdirilib. Eyni zamanda Ermənistan SSR-də azərbaycanlıların əhalinin ümumi say tərkibində nisbəti (1970-ci ilin məlumatları əsasında) verilib.