21 dekabr 2023 14:29
819

İçərişəhərdə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev İli” çərçivəsində İçəriçəhər “Cümə” məscidi icmasının təşkilatçılığı ilə dövləq qurumlarının, Milli Məclisin deputatlarının, Qafqaz Müsəlmanları İdarəsi, şəhid ailələri üzvləri, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, “Qurani Kərim”in oxunuşu ilə başlanan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.

Tədbir iştirakçılarını salamlayan Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər “Cümə” məscidi dini icmasının sədri, professor hacı Surxay Məmmədli Heydər Əliyevin ictimai-siyasi xadim kimi müstəqil Azərbaycanın dövlətçilik tarixindəki müstəsna xidmətlərinindən, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə çatdırılması istiqamətində geniş fəaliyyətindən, onun ölkəmizin inkişaf və tərəqqisi üçün atdiği addımlardan, ölkədəki dini ibadər yerlərinin təmiri, bərpasi və qorunması istiqamətində görgüyü işlərdən danışdı.

Qeyd edilib ki, hazırda Ulu Öndərin ali ideyalarının gerçəkləşməsində Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da yaxından iştirak edir. Son illər ərzində yüzlərlə dini-ibadət yerlərinin tikintisi, təmiri aparılıb. Bu gün işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı quruculuq işləri həyata keçirilir və cox sevindirici haldır ki, bərpa edilən və yeni tikilən obyektlər arasında mənfur düşmənlərin dağıtdığı məscidlərimiz də vardır. Hacı Surxay bu işlərində cənab Prezidentimizə və onun xanımı Mehriban Əliyevaya öz dərin minnətdarlığımı bildirib.

Tədbirdə çıxış edənlər Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Milli Məclisin deputatları Anar İsgəndərov, Aydın Hüseynov, Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Bəxtiyar Nəcəfov, şəhid anaları Mehriban Əmrahova və Mehriban Əbdürrəhmanova qeyd ediblər ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, həmçinin təbliğində Ulu Öndər Heydər Əliyevin çox böyük xidmətləri olub. Ümummilli liderimiz mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O bildirib ki, milli-mənəvi dəyərlərini qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaqdır. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən Ulu Öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərin, adət-ənənələrin keşiyində durub.