SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsinin və Masallı rayon İcra Hakimiyyətinin rəhbərləri Masallı rayonunun Şərəfə kəndinin genişlənən hissəsində aparılan qazlaşma işləri ilə tanış olmaq məqsədilə sözügedən əraziyə baxış keçiriblər.
Birlikdən "İki sahil"ə verilən məlumata görə, bu ərazidə noyabrın əvvəlindən başlanan tikinti-quraşdırma işlərinin dekabr ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Kənd sakinləri yeni qazlaşmaya görə, ölkə başçısına öz minnətdarlıqlarını ifadə ediblər.
Elçin Zaman, "İki sahil"