13 dekabr 2023 17:24
700

Qərbi Azərbaycan könüllüləri fəaliyyət göstərə bilər

Qərbi Azərbaycan könüllüləri fəaliyyət göstərə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Hikmət Babaoğu Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunda çıxışı zamanı deyib.

"Tarixi reallıq yaxın gələcəkdə Qərbi Azərbaycan könüllülərinin də fəaliyyət göstərəcəyini deməyə əsas verir. Bir neçə il əvvəl deyilsəydi ki, Ağdam, Şuşa, Füzuli, Zəngilan könüllüləri yaradılacaq, buna təəccüblənmək olardı. Əminəm ki, buradakı 3000 könüllü arasında kökü Qərbi Azərbaycana bağlı olan çoxsaylı gənclər var. Qərbi Azərbaycana qayıtmaq onların da, bütöv xalqımızın da arzusudur. Qərbi Azərbaycana qayıtmaqla, orada könüllülük hərəkatı yaratmaqla bağlı arzumuzun gerçəkləşəcəyinə inanıram", - o qeyd edib.