SOCAR-ın "Azəriqaz" İB Zaqatala və Balakən rayonlarında yaşayan iki şəhid anasının istəyini yerinə yetirib.
“İki sahil” xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidləri İsmayıl Müslümov və Ömər İsmayılovun analarının fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciətləri qısa zamanda həllini tapıb.
Qeyd edək ki, Birlik rəhbərliyi ənənəvi olaraq şəhid ailələrinin və qazilərin müraciətlərinə daim diqqətdə saxlamaqla onların müsbət həllinə çalışır.