06 dekabr 2023 12:00
497

Təqvimə Qərbi azərbaycanlıların deportasiyası gününün salınması təklif olunur

Təqvimə Qərbi azərbaycanlıların deportasiyası gününün salınması təklif olunur.

“İki sahil” xəbər verir ki, bu təkliflə Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə çıxış edib.

O, dinləmənin bugünkü günə salınmasının təsadüf olmadığını söyləyib: "Çünki məhz 1988-ci il dekabrın 6-da Nüvədi kəndi istisna olmaqla Qərbi Azərbaycandan azərbaycanlıların sonuncu deportasiyası başa çatdı. Bu gün də həmin deportasiyanın 35 ilidir. Ona görə də dekabrın 6-sı və ya bu ayın başqa gününün təqvimə Qərbi azərbaycanlıların deportasiyası günü kimi salınmasını təklif edirəm".