05 dekabr 2023 12:55
457

Bakıda Ermənistandan didərgin salınmış azərbaycanlılarla bağlı panel müzakirə başa çatıb

Bakıda "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda beynəlxalq konfransda birinci panel müzakirə başa çatıb.

“İki sahil” xəbər verir ki, panel müzakirə "Azərbaycanlıların Ermənistandan zorla köçürülməsi: tarixi və miqyası" mövzusuna həsr edilib.

Paneldə çıxış edən Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən Qayıdış Konsepsiyasına, onun həyata keçirilməsi prosesinə, Azərbaycanın dövlət səviyyəsində bu istiqamətdə qayğısı məsələsinə toxunub.

Daha sonra Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Ankara Universitetindən Yıldız Deveci Bozkuş, Sülh və Münaqişə Tədqiqatları Kafedrasının həmsədri professor Əli Əsgərov, ADA Universitetindən fransız tədqiqatçı Maksim Quin, həmçinin moderator olaraq Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Vasif Hüseynov geniş mühazirələrlə çıxış ediblər.

Çıxışlarda azərbaycanlıların öz torpaqlarından zorla çıxarılması, Ermənistanın etnik təmizləmə prinsipi və təcrübəsi, o cümlədən Ermənistandan qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmaları üçün təhlükəsizliyinin təminatı kimi tezislərə geniş yer verilib.

Çıxışların sonunda qonaqlar və panel iştirakçıları arasında müzakirə davam etdirilib.