30 noyabr 2023 11:45
462

Naxçıvan Dövlət Filarmoniyası Trabzon şəhərində konsert proqramı ilə çıxış edib - FOTO

Naxçıvan Dövlət Filarmoniyası noyabrın 29-da Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı ilə Trabzon şəhərində konsert proqramı ilə çıxış edib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert başlamadan əvvəl çıxış edən ölkəmizin Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev Ulu öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı müstəsna xidmətlərindən, Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərdən, Türkiyə-Azərbaycan qardaşlığı və birliyindən  danışıb.

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiət etdiyi musiqi cələngində Müslüm Maqomayevin “Azərbaycan”, Aytən Alpmanın “Məmləkətim”, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, Tofiq Quliyevin “Sənə də qalmaz”, Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qaradəniz”, Eldar Mansurovun “Sabaha ilhamla”  və digər musiqi və rəqs nömrələri təqdim edilib. Azərbaycan Respublikasının əməkdar artistləri-Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, solist İlkin Abdullayevin ifa etdiyi əsərlər rəğbətlə qarşılanıb.

Konsert proqramı Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə” əsəri ilə sona çatıb.