28 noyabr 2023 18:02
451

İcma Ermənistan parlamenti sədrinin absurd və böhtan xarakterli açıqlamasını pisləyib

Qərbi Azərbaycan İcması Alen Simonyanın absurd və böhtan xarakterli açıqlamasını kəskin şəkildə pisləyir.

“İki sahil”in xəbərinə görə, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya Azərbaycan tərəfindən Ermənistanın 31 kəndinin tamamilə və ya qismən işğal edilməsi barədə absurd və böhtan xarakterli açıqlamasını kəskin şəkildə pisləyir.

Hesab edir ki, Ermənistan belə bir əsassız iddia ortaya atmaqla bir daha Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirmişdir. Ermənistan bununla, həm də hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır.

Ermənistan rəsmiləri qayıdışla bağlı gəlişigözəl sözlər demək əvəzinə real addım ataraq bu istiqamətdə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır.