24 noyabr 2023 11:44
532

"Azəriqaz" mənzil, ev və obyektlərdə aparılacaq texniki müayinələrə hazırlaşır

SOCAR “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların mənzil, ev və obyektlərində yaxın vaxtlarda texniki müayinələrə başlayacaq.

“İki sahil” xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə, müayinələrin aparılması üçün “Azəriqaz”ın 2 500-dən çox işçisinə təlimat keçirilib.

“Qarşıdaki günlərdə biz qeyd olunan işlərə bu sahə üzrə təlim almış işçılər ilə başlaya biləcəyik”, - İlkin Behbudov qeyd edib.

Şöbə müdirinin sözlərinə görə, hazırda ölkə üzrə qazlaştırılma səviyyəsi 96,4% təşkil edirr, “Azəriqaz” ın abonentlərinin sayı isə 2,5 milyonu üstələyib.