“Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-30 noyabrda “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) keçiriləcək.
Bu barədə "İki sahil"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Heydər Əliyev Mərkəzində keçiriləcək sərgidə kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyəti tanıdılacaq.
Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirəcək.
Qeyd edək ki, həmin tarixlərdə Heydər Əliyev Mərkəzində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” təşkil olunacaq.
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub
Leyla Əliyeva Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalından videogörüntü paylaşıb
Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib