Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA) tərəfindən "Heydər Əliyev və parlamentarizm" və "TÜRKPA-nın 15-ci il dönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək persoektivlər" mövzusunda iki konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, hər iki konfransda türk dövlətlərinin parlament və səfirlik nümayəndələri, həmçinin digər rəsmilər, media mənsubları iştirak edib.
Əvvəlcə qonaqların Fəxri xiyabana və Şəhidlər xiyabanına ziyarəti baş tutub.
Ardından birinci konfrans öz işinə başlayıb.
"Heydər Əliyev və parlamentarizm" adlı konfransda çıxış edən TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er Heydər Əliyevin dövlət siyasətinin vacib parçası kimi türk dövlətlərinin birliyi məsələsi olduğunu deyib: "Heydər Əliyevin türk dünyasının birliyi naminə göstərdiyi təşəbbüs türk dünyasının beynəlxalq nüfuzuna ciddi təkan vermişdir".
Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bekir Bozdağ isə Türkiyə və Azərbaycan dövlətləri arasındakı "İki dövlət, tək millət" anlayışının digər türk dövləti arasındakı əlaqələrə təsiri və inkişafı məsələsinə toxunub.
Qırğız Respublikası Joqorku Keneşinin üzvü Dastanbek Cumbayev çıxışında Azərbaycanın beynəlxalq nüfuzunun artmasına diqqət çəkib. O bu yüksəlişin təməlində 1990-cı ildə Heydər Əliyevin hakimiyyətə gəlməsinin dayandığını əlavə edib.
Deputat Əhliman Əmiraslanov, öz növbəsində, türkdilli dövlətlər arasında ortaq dil və ortaq əlifba istiqamətində ümumi işlərin aparıldığını diqqətə çatdırıb.
Əhliman Əmiraslanov əlavə edib ki, türk dövlətləri, o cümlədən Türkiyə-Azərbaycan arasında Ulu Öndər Heydər Əliyevin arzuladığı bir çox layihələr həyata keçirilib.
Konfrans ümumi müzakirələrlə davam etdirilib.
"TÜRKPA-nın 15-ci il dönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək persoektivlər" mövzusunda keçirilən konfransda isə türkdilli dövlətlərin inkişaf perspektivlərini özündə əks etdirən çıxışlar olub.
TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er TÜRKPA-nın nüfuzlu regional və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələr qurmasını və bu əlaqələrin davamlı inkişafında maraqlı olduğunu xüsusilə vurğulayıb.
Ardından türkdilli dövlətlərin deputatları TÜRKPA-nın fəaliyyəti və ümumilikdə türkdilli dövlətlər arasındakı əlaqələr barədə çıxışlar ediblər.
Konfrans ümumi müzakirələrlə işini davam etdirib.
***
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və parlamentarizm" mövzusunda konfrans keçirilir.
“İki sahil” xəbər verir ki, konfrans ikinci mövzusu TÜRKPA-nın 15-ci ildönümü ilə bağlıdır.
Belə ki, ikinci mövzu "TÜRKPA-nın 15-ci ildönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək perspektivləri"nə həsr edilib.