06 noyabr 2023 12:15
642

İcma sözçüsü: Beynəlxalq təşkilatları ikili standartlara son qoymağa çağırırıq

“Biz bütün beynəlxalq təşkilatları ikili standartlara son qoymağa və ədalətli mövqe nümayiş etdiməyə çağırırıq”.

“İki sahil” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.

Qurum rəsmisinin sözlərinə görə, deportasiyalara məruz qalmış Qərbi azərbaycanlılar kimi, indiki Ermənistan ərazisində dağıdılmış maddi irsimiz ve deportasiyalar nəticəsində zərbələr almış qeyri-maddi mədəni irs nümunələrimiz də ədalət gözləyir: “Deportasiya illərində və ondan da öncə mədəni irsimizlə yanaşı, qeyri-maddi mədəni irsimiz də soyqırımına məruz qalıb. Qərbi Azərbaycanda 300-dən çox məscid, 500-ə yaxın məzarlıq dağıdılaraq məhv edilib”.

Ü.Zülfiqar vurğulayıb ki, bu gün bir sıra beynalxalq qurumlar guya Qarabağda xristian abidələrinin təhlükədə olmasına dair absurd bəyanatlar səsləndirir, halbuki, Azərbaycan dövləti bu abidələri öz hesabına təmir etdirir: “Lakin bizim məhv edilmiş tariximizlə bağlı hər hansı çağırış və qınama yoxdur. Biz bu mövqeni sərgiləyən beynəlxalq aktorları ikili standartlara son qoymağa və ədalətli mövqe nümayiş etdiməyə çağırırıq”.