Naxçıvan Universitetində Qərbi Azərbaycanla bağlı xüsusi fənlər tədris olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Universitetindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması göstərişini verib. Naxçıvan Universitetində də bu məqsədlə əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, etnoqrafiyasını, milli adət-ənənələrini və mədəniyyətini gənc nəslə ətraflı öyrətmək məqsədilə universitet Elmi Şurasının qərarı bir sıra fənlər təsdiq olunub.
Növbəti tədris ilindən etibarən “Tarix müəllimliyi” və “Tarix” ixtisaslarında “Qərbi Azərbaycanın siyasi və etno-mədəni tarixi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasında “Qərbi Azərbaycanın toponimikası”, Muzey, arxiv işi və abidələrin qorunması “ ixtisasında isə “Qərbi Azərbaycanın maddi-mədəniyyət abidələri” adlı fənlər tədris olunacaq.