02 noyabr 2023 10:28
649

Qərbi Azərbaycan toponimləri barədə kitab çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin hazırladığı “Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri” kitabı çapdan çıxıb.

“İki sahil” xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

Qeyd edilib ki, kitabda şöbə əməkdaşlarının və institutun bəzi alimlərinin yazdıqları elmi məqalələr toplanmışdır. Məqalələr Qərbi Azərbaycanın toponimləri ilə bağlıdır.

Burada toponimlərin leksik-semantik xüsusiyyətləri ilə yanaşı, onların tarixi və etimologiyası barədə də maraqlı elmi faktlar var.