Qərbi Azərbaycan toponimləri ilə bağlı elektron bazanın yaradılması istiqamətində işlər aparılır.
“İki sahil” xəbər verir ki, bunu Coğrafiya İnstitutunun direktoru Zakir Eminov Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə deyib.
O bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə işlər yekunlaşacaq.