31 oktyabr 2023 12:35
592

Əhliman Əmiraslanov: 1903-cü ilə aid xəritədə Qərbi Azərbaycanda bir dənə də olsun erməni adı tapa bilməzsiniz

"1903-cü ilə aid olan xəritədə Qərbi Azərbaycanda bir dənə də olsun erməni adı tapa bilməzsiniz. Oradakı bütün adlar türk adlarıdır".

“İki sahil” xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, deputat Əhliman Əmiraslanov Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə deyib.

"Bu, hərbi yönümlüdür və hesab edirəm ki, çox vacib xəritədir. Qayıdışımız zamanı biz bu xəritədən mütləq istifadə etməliyik" - deyə o, qeyd edib.