31 oktyabr 2023 11:53
574

Qərbi azərbaycanlıların şəxsiyyət vəsiqələrində doğulduqları yerlərin tarixi adları yazılacaq

Bu gündən "ASAN Xidmət" xətti ilə Qərbi Azərbaycandan olan şəxslərə şəxsiyyət vəsiqələri veriləndə onların doğulduqları şəhər və rayonların tarixi adları yazılacaq.

“İki sahil” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə deyib.

"Biz Qərbi Azərbaycana qayıdacağıq. Bunun alternativi yoxdur. Sadəcə Ermənistan dövlətindən tələbimiz ondan ibarətdir ki, biz qayıtdıqca toponimlərimiz bərpa olunmalıdır. Təbii ki, biz bunu təkcə Ermənistanın ümidinə qoymamışıq. Özümüz də toponimlərimizin bərpası istiqamətində müəyyən addımları atırıq", - icma sədri vurğulayıb.