Sabah-oktyabrın 31-də Milli Məclisdə Qərbi Azərbaycan toponimləri ilə bağlı ictimai dinləmə keçiriləcək.
“İki sahil” xəbər verir ki, "Qərbi Azərbaycan Toponomləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda keçiriləcək dinləmə parlamentin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə baş tutacaq.
Toplantıda Milli Məclisin Toponomiya komissiyasının üzvlərinin, Qərbi Azərbaycan İcmasının nümayəndələrinin iştirakı nəzərdə tutulur.