Ermənilər Qərbi Azərbaycandakı türk mənşəli toponimlərimizə də alışsalar yaxşı olar
Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 26-da Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı öz qeydlərini Cənubi Qafqaz dövlətlərinin böyük ekranda əks olunmuş xəritəsindən istifadə etməklə çatdırdı. Azərbaycan Respublikasının ərazi bütövlüyünü tam əks etdirən xəritədə Qarabağ iqtisadi rayonundakı toponimlər də daxil olmaqla yer adlarının Azərbaycan dilində verilməsi Ermənistanda Paşinyan əleyhdarlarının və yerli KİV-in qəzəbinə səbəb olub. Xəstə təxəyyüllü revanşistlər baş nazirin tarixi yer adlarımızın qeyd olunduğu belə bir xəritədən istifadə etməyini az qala satqınlıq kimi qəbul edirlər. Halbuki, təkcə sərhədlərimiz daxilindəki deyil, İrəvandakı, ümumilikdə Qərbi Azərbaycandakı toponimlərimiz də illər, əsrlər boyu bu soysuz yığını tərəfindən saxtalaşdırılaraq erməniləşdirilib.
Tarixdən də məlumdur ki, Qərbi Azərbaycan ərazisinin əzəli və yerli sakinləri Azərbaycan türkləri olub. Ermənilər isə bu yerlərə Çar Rusiyası tərəfindən tarixin müəyyən mərhələlərində xarici ölkələrdən köçürülərək gəlmə bir tayfadır. Tarixi mənbələrdə ən qədim türk tayfalarının bu torpaqlarda eramızdan əvvəl III-I minilliklərdə yaşadıqları göstərilməklə yanaşı, Azərbaycanın əzəli sakinlərinin azərbaycanlılardan ibarət olduğu təsdiq olunmuşdur. Yəni, həmin vaxtlarda ermənilərin Qafqazda izləri-tozları belə yox idi, o ki qala toponimləri ola. Təsadüfi deyil ki, 661-680-ci illərdə Əməvilər sülaləsinin 1-ci nümayəndəsi xəlifə Müaviyyə türklərin Azərbaycanla əlaqəsini soruşanda vəziri ona belə cavab vermişdi: “Azərbaycan qədimdən türk tayfaları tərəfindən məskunlaşmış ölkədir.”
Ermənistan ərazisində qədim türk mənşəli toponimlərə ilk dəfə eramızdan VIII-VII-əsrlərə aid Urartu mənbələrində də rast gəlinir.
Qərbi Azərbaycanın İrəvan əyalətində qədim dövrdə, erkən və orta əsrlərdə mövcud olmuş yer adlarının Azərbaycan dilində olması bir daha bu torpaqların əzəldən azərbaycanlılara məxsus olduğunu sübut edir. Əgər ermənilərin saxta tarix düzəldərək iddia etdikləri kimidirsə necə olur ki, xanlıqlar dövründə İrəvan xanlığının on beş mahalından hamısının adı, həmçinin həmin mahallarda olan çay, göl, dağ və s. adları Azərbaycan-türk dilindədir? Bəlkə Qırxbulaq, Zəngibasar, Şərur, Sürməli, Dərəkənd, Seyidli-Axsaqlı, Aparan, Dərəçiçək, Göyçə toponimlərinin dilləri, mədəniyyətləri, dinləri daxil hər şeyləri oğurluq olan ermənilərə bir aidiyyəti var?
1886-cı ildə E.Kondratenkoqun redaktorluğu ilə tərtib olunmuş İrəvan quberniyasının xəritəsində göstərilən toponimlərin də hamısı Azərbaycan dilindədir. Xəritədə diqqətçəkən məqamlardan biri də həmin dövrdə Cənubi Qafqaza və Qərbi Azərbaycan ərazisinə İran və Türkiyədən ermənilərin köçürülməsinə baxmayaraq İrəvan quberniyasında yaşayan azərbaycanlıların sayca ermənilərdən az qala iki dəfəyə yaxın çox olmasıdır. Belə ki, 1886-cı ilin məlumatına görə, İrəvan qəzasında əlli üç minə yaxın azərbaycanlı, otuz altı min erməni yaşayıb.
Hətta yüzlərlə müxtəlif faktlarla yanaşı, tarixi baxımdan çox da uzaq olmayan keçmişdə, 1928-ci ildə Moskvada çapdan çıxmış “SSRİ xalqlarının inzibati ərazisi və etnoqrafik atlası”nda da Zaqafqaziyanın tərkib həssəsi olan İrəvan ərazisindəki qədim yer adlarının hamısının türk mənşəli olması bu gün Paşinyanı suveren Azərbaycanın ərazisindəki toponimlərin qeyd edildiyi xəritədən istifadə etdiyinə görə günahlandıran ermənilərin əsl mahiyyətlərini göstərir.
44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə və Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin nəticələri bizə öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməklə yanaşı, xalqımızın əsrlər boyu üzləşdiyi fəlakətlərin, soyqırımı aktlarının hesabını çəkmək, tarixi ədaləti bərpa etmək imkanı yaradıb. Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilmiş Azərbaycanın bu gün növbəti hədəflərindən biri də Qərbi azərbaycanlıların pozulan hüquqlarının tanınmasına nail olmaqla onları əzəli yurdlarına qaytarmaqdır. Hədəfimiz reallaşanda tarixi torpaqlarımızdakı toponimlərimizin işğalına da son qoyulacaq. Ermənilər buna indidən alışsalar yaxşı olar...
Mahir Rəsuloğlu, “İki sahil”