Qərbi Azərbaycan İcması Avstriya parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun başda Fransa olmaqla bəzi ölkələrin başladığı anti-Azərbaycan dalğasına qoşulmasını pisləyir.
Bu barədə "İki sahil"ə Qərbi Azərbaycan İcmasından məlumat verilib.
“Qarabağda kilsələrin qorunmasının vacibliyini vurğulayan Avstiya parlamentinin məsələlərə dini prizmadan yanaşması, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində və Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılmasına toxunmaması utancverici, irqçi və islamofob yanaşmadır.
Avstriya parlamenti öz işi ilə məşğul olmalı, Azərbaycanın suveren ərazilərinə beynəlxalq təşkilatların girişi kimi qərəzli çağırışlarla ölkəmizin daxili işlərinə müdaxiləyə son qoymalıdır”, - məlumatda qeyd edilib.