19 oktyabr 2023 15:23
591

DİN bir gündə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 104 fakt aşkarlayıb - VİDEO

Ötən gün narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 104 fakt aşkarlanıb.

Daxili İşlər Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, ictimai yerlərdə narkotik maddələrin təsiri altında olan 84, o cümlədən narkorkuryerlik etdiyinə görə axtarışda olan 16 nəfərin saxlanılması təmin edilib.

Narkotik vasitələrin qrup halında qəbul edildiyi 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 6 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati tədbirlər görülüb. Paytaxtda hüququpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.