17 oktyabr 2023 19:17
354

Prezidentlə Füzuli sakini arasında maraqlı dialoq - VİDEO

Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  görüşdə Füzuli sakini ilə Prezident arasında maraqlı dialoq yaşanıb:

Sakin: Ən böyük fəxr etdiyimiz odur ki, bizim Prezidentimiz dünyada məşhurdur, onu dünya qəbul edir, dünya onun sözünü eşidir.

Prezident İlham Əliyev: Bilirsiniz, dünya belədir ki, bəziləri qəbul edir, bəziləri.

Sakin: Edə bilmir.

Prezident İlham Əliyev: Etmir. Amma əsas odur ki, biz istədiyimizi edək. Çünki biz haqq yolundayıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur.

Qadın sakin: Artıq yol Zəngəzuradır.