13 oktyabr 2023 12:47
567

“Vaqif, ay Vaqif, tanıdın məni?" - Xaçatryan işgəncə verdiyi şəxslə məhkəmədə üzləşdi

Bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb. 

“İki sahil” İTV-yə istinadla xəbər verir ki, məhkəmə prosesində Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşib.

Həmin şəxs məhkəmədə Xaçatryana səslənərək “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” atdın ha, qaçdım dalınca... Tanıyarsan”, -deyib. 

Xaçatryan ona diqqətlə baxıb, lakin cavab verməyib.