12 oktyabr 2023 11:04
349

Hacıqabulda evdə baş verən yanğında 5 nəfər həlak olub - YENİLƏNİB/VİDEO

Dəqiqləşdirilmiş məlumata əsasən, gecə saatlarında Hacıqabul rayonunun Nəvahı qəsəbəsində baş vermiş yanğın hadisəsi taxta konstruksiyadan ibarət barak tipli yaşayış evində baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

***

Hacıqabul rayonunun Navahı qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "İki sahil"ə FHN-dən bildirilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Navahı qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.