09 oktyabr 2023 16:21
289

Müəllimlər günündə məktəblərdə pul yığımı iddiası ilə Elm və Təhsil Nazirliyinə şikayətlər edilibmi?

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində ümumi təhsil müəssisələrində pul yığımı iddiası ilə ötən günlər ərzində Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə bir neçə vətəndaş müraciəti daxil olub.

“İki sahil” xəbər verir ki,  bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müraciət edən və qeyd olunan halın araşdırılmasını tələb edən vətəndaşların natamam məlumat təqdim etməsi səbəbindən müraciətlər qeydə alınmayıb:

“Belə ki, vətəndaşlar bəzi hallarda özünü təqdim etmədən müraciətin araşdırılmasını tələb ediblər. Bu halda vətəndaşların Elm Və Təhsil Nazirliyinə vətəndaş müraciətləri üçün nəzərdə tutulmuş portal.edu.az platforması üzərindən müraciət etmələri tövsiyə olunub”, - deyə nazirlikdən bildirilib.