08 oktyabr 2023 01:30
370

Jiru qapıda dayandı, “Milan” A Seriyasının yeni lideri oldu - VİDEO

İtaliya A Seriyasında lider dəyişib.

“Milan” VIII turda səfərdə “Cenoa”ya qalib gəlməklə zirvəni ələ keçirib.

Qarşılaşma “rossoneri”nin minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1. Yeganə qolu 87-ci dəqiqədə Kristian Pulişiç vurub.

Oyunun sonlarında maraqlı hadisələr baş verib. 90+9-cu dəqiqədə “Milan”ın qapıçısı Mik Menyan qırmızı vərəqə alaraq meydandan qovulub. Komandada əvəzetmə limiti dolduğundan Menyanı qapıda hücumçu Olivye Jiru əvəzləyib. O hətta bir epizodda komandanı qoldan xilas etməyi də bacarıb.

Qələbə sayəsində xallarını 21-ə çatdıran “Milan” əzəli rəqibi “İnter”i geridə qoyaraq birinci pilləyə yüksəlib. Hazırda “Nerazzuri”nin 19 xalı var. “Cenoa” isə səkkiz xalla 15-ci sıradadır.

Oxu.Az