"Azərbaycan Hava Yolları" QSC (AZAL) sabah ölkədə qeyd olunacaq Turizm işçiləri günü münasibətilə yeni aksiyaya start verib.
“İki sahil” AZAL-a istinadən xəbərt verir ki, sentyabrın 29-da bilet alan hər bir sərnişin bütün istiqamətlərdə 29 % endirimdən yararlana biləcək.
Aksiya çərçivəsində biletləri 29 sentyabr - 28 oktyabr 2023-cü il tarixləri üçün əldə etmək olar.
Aviabiletləri AZAL-ın kassalarından və “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Aksiya AZAL-ın çarter və kod-şerinq reyslərinə şamil edilmir.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub