Sentyabrın 27-də - Anım Günündə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının məsul əməkdaşları, Gənclər Birliyinin üzvləri, partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
“İki sahil” xəbər verir ki, əvvəlcə saat 12:00-da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra YAP nümayəndələri Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri düzüb, qəhrəman Vətən övladlarını dərin hörmət və ehtiramla anıblar.
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub