SOCAR kollektivi Akademik Xoşbəxt Yusifzadəni “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülməsi münasibətilə təbrik edir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələrini açıqlayıb. Müsabiqədə neft və qaz kondensant yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi konsepsiyanın hazırlanmasına görə, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na və 10 min manat pul mükafatına layiq görülüb. Azərbaycanın neft-qaz sənayesi işçiləri bu münasibətlə dünya şöhrətli akademik Xoşbəxt Yusifzadəni təbrik edir, ona uzun ömür və cansağlığı arzulayır, Xoşbəxt Yusifzadə kimi Azərbaycan neft tarixinin canlı əfsanəsi ilə bir sırada çalışmaqdan qürur duyurlar.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir