Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq aprelin 9-da Masallı rayonunun Qodman kəndinə ilk dəfə “mavi yanacaq” verilib.
297 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1242 metr polietilen və 26 min 792 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzildə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Lənkəran Regional Qaz İdarəsinin rəisi Hüseyn Şirinov, Qodman kənd ərazi icra nümayəndəsi Əziz Cankişizadə, yaşlı nəslin nümayəndələri Oğlan Əyyubov və Kəmalə İmaməliyeva kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, cari ildə rayonunun Tatyanoba və Güllütəpə kəndlərinin də qazlaşdırılması nəzərdə tutulub.
Kənd sakinləri onların yaşayış səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir