Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 15-də G77 və Çin Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Kubanın Havana şəhərinə işgüzar səfərə gəlib.
Bu barədə “İki sahil”ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Kubanın beynəlxalq hava limanında Milli Məclisin sədrini Kubanın ədliyyə naziri Oskar Silvera Martinez, Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın G77 və Çin Qrupunun Zirvə görüşündə çıxışı nəzərdə tutulub.
Azərbaycan Fransanı Ermənistanla normallaşma prosesinə qərəzli yanaşmaqda ittiham edib
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub