Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu 41 yeni dövlət standartı qəbul edib.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Xidmətinin sədri Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,9% çoxdur.
7 ay ərzində qəbul edilmiş standartların 34,1 %-i və yaxud 14-ü aqrar və qida sahəsi üzrə, 5-i ekologiya sahəsi üzrə, 3-ü kosmetika sahəsi üzrə, 1-i elektronika, informasiya texnologiyaları və telekomunikasiya sahələri üzrə, 3-ü neft və kimya sahələri üzrə, 3-ü ağır sənaye və maşınqayırma sahələri üzrə, 4-ü tikinti materialları üzrə, 3-ü qiymətli metallar və qiymətli daşlar üzrə, 1-i idarəetmə sistemləri sahəsi üzrə, 2-si tibb sahəsi üzrə, 2-si isə təşkilati və metodoloji sahəsi üzrə qəbul edilib.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub