Ötən ay Türkiyədə ən çox daşınmaz əmlak alan 20 xarici ölkə vətəndaşları siyahısında azərbaycanlılar ilk onluqdadır.
"İki sahil” “Habertürk”ə istinadən xəbər verir ki, avqust ayında azərbaycanlılar qardaş ölkədən 75 mənzil alıblar (9-cu pillə).
Ən çox daşınmaz əmlak alan isə ruslardır. Belə ki, ötən ay Türkiyədə 733 mənzil alan Rusiya vətəndaşları siyahıda birinci, 342 mənzil alan İran vətəndaşları ikinci, 220 mənzil alan İraq vətəndaşları isə siyahının üçüncü pilləsindədir.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub