Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən “İki sahil”ə verilən xəbərə görə, bu çərçivədə, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonunda yerləşən 33 nömrəli şəhər poliklinikasının 1-ci şobəsindəki rentgen cihazına baxış keçirilib. Cihazın istismarının məhdudlaşdırılması barədə qərar qəbul olunub.
Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib, yerinə Məleykə Abbaszadə təyin olunub
BSU-da “Sülh və təhlükəsizlik: Cənubi Qafqaz yeni geosiyasi reallıqlar kontekstində” mövzusunda konfrans keçirilib