10 sentyabr 2023 11:22
488

Paşinyan sülhdə maraqlıdırsa, Ermənistan qüvvələri Azərbaycan ərazisindən çıxarılmalı, İcmayla təmaslara başlanılmalıdır

Son günlər şərti dövlət sərhədinə canlı qüvvə və hərbi texnika cəmləşdirən Ermənistan daha bir təxribata əl atıb.

Qərbi Azərbaycan İcmasından “İki sahil”ə verilən xəbərə görə, Ermənistanın Azərbaycanın suveren ərazilərində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən “prezident seçkiləri”nin keçirilməsi bölgədə vəziyyəti daha da gərginləşdirir.

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu “seçki” təxribatını kəskin şəkildə pisləməyə çağırır: “Bu xüsusda, Ermənistanın baş nazirinin yenə dünya liderlərinə telefon zəngləri, “Azərbaycanla təcili danışıqlara hazırıq” açıqlaması qeyri-səmimidir. Əgər Nikol Paşinyan həqiqətən də sülhdə maraqlıdırsa, onda Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmalı, qeyri-qanuni silahlı dəstələr tərksilah edilməli və qayıdış ilə əlaqədar Qərbi Azərbaycan İcması ilə təmaslara başlanılmalıdır”.