10 sentyabr 2023 10:21
496

QAİ Argentina Prezidentinin fikirlərini kəskin şəkildə pislədi

Qərbi Azərbaycan İcması Argentina Prezidentinin 2023-cü il 9 sentyabr tarixli qərəzli fikirlərini kəskin şəkildə pisləyir.

“İki sahil” xəbər verir ki, bu barədə İcma bəyanat yayıb.

“Hiss olunur ki, Argentina Prezidenti ya məsələnin mahiyyətindən xəbərsizdir, ya da erməni diasporasının və ya Luis Okampo, Xuan Mendez kimi son vaxtlar “parlamaqda” olan azərbaycanofob həmvətənlərinin təsiri altında dini təəssübkeşlikdən çıxış edir.

Qərbi Azərbaycan İcması Argentinanı beynəlxalq hüquqa hörmət etməyə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə ikili standartlar prizmasından yanaşmamağa çağırır. Hesab edirik ki, Argentina Prezidenti başqa ölkənin daxili işlərinə kobud müdaxilə etməkdənsə, diqqətini öz ölkəsinin ağır sosial-iqtisadi problemlərinin həllinə yönəltməlidir”, - bəyanatda qeyd olunub.