KOBİA rəhbərliyi işçilərinin 90 faizə yaxını qadınlardan ibarət olan tekstil müəssisəsinin fəaliyyəti ilə tanış olub, ölkəmizdə bu sektorun inkişafına dair sahibkarla fikir mübadiləsi aparılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qaraçuxur qəsəbəsində yerləşən tekstil müəssisəsinin fəaliyyəti ilə tanış olub. Görüşdə sahibkarla ölkəmizdə tekstil sahəsinin inkişafına, müəssisənin inkişaf ehtiyaclarına və ixrac imkanlarına dair fikir mübadiləsi aparılıb.
KOBİA-dan “İki sahil”ə bildirilib ki, “Azani tekstil” 2000-ci ildən fəaliyyət göstərir. Müəssisədə uşaq, idman geyimləri və digər tekstil məhsulları istehsal olunur. Müəssisə qadınların məşğulluğunun təmin edilməsinə əhəmiyyətli töhfə verir. Burada çalışan 100-dən çox işçinin 90 faizə yaxını qadınlardır.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub