Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Qao Yuanyuanla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkə platformasında paylaşım edib.
“Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti xanım Qao Yuanyuanla görüşdə qarşılıqlı səfərlərin iqtisadi potensialımızın reallaşdırılmasında önəmini qeyd etdik, ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanların müəyyənləşdirilməsi məsələlərini nəzərdən keçirdik”, - nazir qeyd edib.
COP31 çərçivəsində turizmin iqlim dəyişikliyində yeri məsələləri müzakirə olunub
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün