ABŞ-dan Azərbaycana minaxatran itlər gətirilib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" hesabında bildirilib.
"ABŞ tərəfindən maliyyələşdirilən "Marshall Legacy" (MLİ) QHT tərəfindən təqdim edilən daha altı minaaxtaran it bu yaxınlarda Azərbaycana gətirilib.
Bu yeni ianə xüsusi əhəmiyyət kəsb edir, çünki bununla MLİ-nin minalardan zərər çəkmiş ölkələrə verdiyi itlərin sayını 300-ə çatır.
Verilən itlərin 81-i yalnız Azərbaycana göndərilib. Boka, Byanka, Flex, Lex, Stela və Tiger Pride II ANAMA ilə birlikdə əhəmiyyətli işlərə başlayır!" - paylaşımda qeyd olunub.
Azərbaycan Fransanı Ermənistanla normallaşma prosesinə qərəzli yanaşmaqda ittiham edib
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub