Xocalıda traktor minaya düşüb.
Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Partlayış nəticəsində xəsarət alan yoxdur.
Araşdırma aparılır.
Xəzərin sahilboyu ərazilərində mövcud tikililərin gələcək taleyi ilə bağlı məsələlərə aydınlıq gətirilib
Xəzər akvatoriyasına aid ərazilərin hüquqi statusu aidiyyəti qurumlarla birgə dəqiqləşdiriləcək