"Çexiyanın xarici işlər naziri Yan Lipavskinin Laçın yolunda “blokada”nın olması ilə bağlı 2023-cü il avqustun 22-də səsləndirdiyi reallıqdan uzaq və qərəzli iddialarını qınayırıq".
“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının son bəyanatında bildirilib.
"Biz Çexiyanı Ermənistanın yalan siyasətinə aldanmamağa, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və onun daxili işlərinə müdaxilə etməməyə çağırırıq" - bəyanatda bildirilir.
İcma həmçinin Çexiyanı Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmalarına imkan yaratmaq üçün bu ölkəyə təzyiq göstərməyə çağırıb.