Çin Xalq Respublikasının Çunçin və Azərbaycanın Sumqayıt şəhərləri arasındakı iqtisadi və ticarət əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.
“İki sahil” xəbər verir ki, Çinin ən böyük sənaye mərkəzlərindən olan Çunçin və Cian Cin şəhərlərinin nümayəndə heyəti Sumqayıt şəhərinə səfərə gəlib.
Çuy Çyanın başçılıq etdiyi nümayəndə heyətini Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qəbul edib. Şəhər rəhbəri qonaqları salamlayaraq onları şəhərimizdə görməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib.
Z.Fərəcov Sumqayıt və onun iqtisadi inkişafı ilə bağlı qonaqlara geniş məlumat verib. Qeyd edilib ki, Sumqayıt şəhəri Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir.
Bildirilib ki, hazırda sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Sumqayıt şəhərində ilk dəfə olduqlarını ifadə edən çinli qonaqlar səmimi görüşə görə şəhər rəhbərinə minnətdarlığını bildiriblər.
Görüşdə Çunçin və Sumqayıt şəhərləri arasındakı iqtisadi və ticarət əlaqələrinin inkişaf prespektivləri müzakirə olunub. Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - VİDEO
Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib