Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən “İki sahil”ə bildirilib ki, informatika, rus dili, Azərbaycan dili və ədəbiyyat, texnologiya, alman dili, riyaziyyat, kimya və musiqi fənləri üzrə müsahibələrə 753 nəfər dəvət edilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, həmin şuranın üzvləri, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə və media nümayəndələri müsahibələrin gedişatı ilə tanış olublar.
Taksi minik avtomobili sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat elan olunub
Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarına kiberhücumlar həyata keçirilir
Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib