Şəmkir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov “İki sahil”ə bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Tovuz rayon sakini Elnur Nağıyev, Şəmkir rayon sakinləri Rafiq Qənbərov və Seymur Abbasov olduğu məlum olub, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
“Eyni zamanda, "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyası çərçivəsində keçirilən nəzarət tədbirləri zamanı Şəmkir və Xaçınçay su anbarlarından, Kür çayından və digər daxili su hövzələrindən 1480 metr uzunluğunda 31 ədəd sintetik tor yığışdırılıb”, - o qeyd edib.
Taksi minik avtomobili sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat elan olunub
Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarına kiberhücumlar həyata keçirilir
Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib