10 avqust 2023 21:30
300

Konfrans Liqası: “Neftçi” - “Beşiktaş” oyununda ikinci qol vurulub - YENİLƏNİB

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

“İki sahil” xəbər verir ki, “Neftçi Arena”da baş tutan qarşılaşmada yenə qonaqlar rəqibi məyus ediblər.

23-cü dəqiqədə Cekson Muleka hesabı komandasının xeyrinə 2:0-a çatdırıb.

*********************

21:16

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

“İki sahil” xəbər verir ki, “Neftçi Arena”da baş tutan qarşılaşmada ilk qolun müəllifi 14-cü dəqiqədə “Beşiktaş”ın futbolçusu Vensan Abubakar olub.