Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Nabran istirahət zonasındakı Şimali kəndi ərazisində qeydə alınıb.
Belə ki, “40-BT-399” dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Taksi minik avtomobili sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat elan olunub
Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarına kiberhücumlar həyata keçirilir
Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib