Quba–Xaçmaz yolunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, hadisə yolun Arzu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 21012” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
Yaralıya Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Taksi minik avtomobili sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat elan olunub
Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarına kiberhücumlar həyata keçirilir
Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib